Bəxtiyar Ələkbərov ötən ilin dekabr ayında “Günəşli” dəniz neft platformasında baş vermiş güclü yanğında xəsarət almış neftçilərdən biridir. Dəri köçürülməsi üzrə bir neçə cərrahi əməliyyatdan sonra B.Ələkbərovun müalicəsi Əziz Əliyev adına Cərrahi klinikanın yanıq mərkəzində davam etdirilir.
“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, bu gün ona baş çəkməyə SOCAR prezidenti Rövnəq Abdullayev gəlib.
Bəxtiyar Ələkbərov Rövnəq Abdullayevun köhnə tanışıdır və uzun illər bir kollektivdə çalışıblar, bir müddət sonra isə eyni strukturda – SOCAR-da rastlaşıblar.