Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Roma Papası azərbaycanlı heykəltəraşa məktub göndərdi

Roma Papası azərbaycanlı heykəltəraşa məktub göndərdi

Müqəddəs Roma Papası Fransisko azərbaycanlı heykəltəraş Zaynalabdin İsgəndərova təşəkkür məktubu göndərib.
Roma Papası məktubda hədiyyədən məmnun olduğunu bildirib: “Hörmətli Zeynalabdin, sizin tərəfinizdən yaradılmış əsəri böyük məmnuniyyətlə qəbul etdim və hədiyyənizlə məni sevindirdiniz. Göstərdiyiniz dəyərə görə, sizə və ailənizə Uca Tanrıdan əmin-amanlıq arzu edirəm. Sizə minnətdarlığımı və salamlarımı çatdırıram”.
Qeyd edək ki, Azərbaycanlı heykəltəraş bu il Vatikanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müqəddəs Roma Papası Fransiskonun portretini hazırlayıb.
Hazırladığı portretə görə də o, İtaliyaya dəvət olunub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın