Ana səhifə / Şou Biznes / “Riyad” Mühafizənin 13 qoluzorlusu həbs edildi – RƏSMİ

“Riyad” Mühafizənin 13 qoluzorlusu həbs edildi – RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda yerləşən “Safastore” mağazası önündə baş verən qarşıdurma ilə bağlı məlumat yayıb.
DİN-nin mətbuat xidmətinin şöbə rəisi İlham Babayevin Modern.az-a verdiyi məlumata görə, qarşıdurma ilə bağlı cinayət işi açılıb:
“Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb”.
O bildirib ki, hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub, istintaq aparılır.
Qeyd edək ki, “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı ilə Binəqədi rayonu, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” mağazasının işçiləri arasında dava düşüb. Nəticədə mühafizə xidmətinin əməkdaşları mağaza işçilərini döyüb.
Məlumatda o da qeyd olunub ki, bir müddət əvvəl sahibkar Azadxan Xanməmmədov sözügedən mağazanı 1.5 milyon manata əvvəlki sahibinə satıb. Lakin bu günədək sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.
Sözügedən davanın videosunu təqdim edirik:

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın