Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti qənaətbəxş deyil  

Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti qənaətbəxş deyil  

Füzuli Quliyev vətəndaşların sağlamlığını təhlükə altında qoyub Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti qənaətbəxş hesab olunmur. Belə ki, qurumun rəhbəri Füzuli Quliyev üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirə bilmir. Bu şəxs vəzifəyə təyin olunanda ondan çox şey gözlənilirdi. Lakin Quliyevin rəhbər vəzifəyə gətirilməsindən sonra da bu sahədə müsbət yöndə heç bir dəyişiklik olmadı. Bu gün ölkəyə daxil olan məhsulların yarıdan çoxu insan orqanizmi üçün təhlükə mənbəyidir. Nəzərə alsaq ölkənin əksər mağazalarında mənşəyi məlum olmayan məhsullar satılır. Bütün bunlar Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətsizliyinin göstəricisi kimi qiymətləndirilir. Bu qurumun fəaliyyətindəki nöqsanlar ölkə vətəndaşlarının sağlamlığını təhlükə altına qoyur. Ölkəyə daxil olan məhsullara yalançı möhürlər vurmaqla insanların həyatıyla oynayırlar. Ona görə də bu gün xəstəliklərin sayı durmadan artır. Hansı xəstəxanaya gedirsənsə, xəstə əlindən oraya daxil olmaq mümkün deyil. Bütün bunlara səbəb isə Quliyevin rəhbərlik etdiyi qurumun işinə qarşı laqeyd münasibət göstərməsidir. Sözsüz ki, Respublika Baytarlıq Laboratoriyasının rəhbəri Füzuli Quliyev sahibkarların işini yoluna qoymaqla özü də buradan mənfəət götürür. Bu da sözsüz ki, tabeliyində olduğu nazirliyə və istehlakçılara xəyanət deməkdir. Onların etimadından sui-istifadə etməkdir. İstehlakçıların hüquqlarının pozulması deməkdir. Bu qurumun işi ölkəyə daxil olan və ölkədən xaric olan ət və ət məhsullarının yoxlanılması olsa da, təəssüf ki, Quliyev öz öhdəliklərindən bixəbərdir. Verilən məlumatlara görə Respublika Baytarlıq Laboratoriyası fəaliyyətində şəffaflığa yol vermir. Yalnız və yalnız öz maraqları üçün çalışır. Mənbə bildirir ki, Füzuli Quliyevin fəaliyyətinin nəticəsidir ki, qurumun vəziyyət heç kəsi qane etmir. Quliyevin dövlət vəsaitlərini təyinatı üzrə xərcləmədiyi deyilir. Mənbə onu da bildirir ki, Respublika Baytarlıq Laboratoriyasının əsaslı təftişinə başlanılacağı yəqindir. Sadəcə olaraq bu yoxlamanın dəqiq tarixi məlum deyil. İstənilən halda Fizuli Quliyevin yol verdiyi özbaşınalıqlara dair məlumatlar nazirlik rəhbərliyinə təqdim olunub və bu xüsusda müvafiq tədbirlərin görüləcəyi şübhəsizdir. Məlumat üçün bildirək ki, Respublika Baytarlıq Laboratoriyasında 86 ştat vahidi var. Laboratoriyada aşağıdakı şöbələr fəaliyyət göstərir:Aparat; Serologiya şöbəsi; Bakteriologiya və ekspress-diaqnostika şöbəsi; Kimya-toksikologiya şöbəsi; Virusologiya şöbəsi; Parazitologiya şöbəsi; Patomorfologiya (qəbul ) şöbəsi; Askoli şöbəsi; Radiologiya şöbəsi; İstehsalat şöbəsi; Vivari şöbəsi; Mühəndis şöbəsi və s. işçilər.

gundelikbaku.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın