Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Repetitor yanına getmədən yüksək bal topladılar – VİDEO

Repetitor yanına getmədən yüksək bal topladılar – VİDEO

Heç bir müəllim yanına getmədən hazırlaşdılar, istədikləri uğuru əldə etdilər.
Söhbət Aytən Şirinova və Cəvahir Əmrahovadan gedir.
Zərdab rayonunun Lələağacı kənd sakinləri olan Aytən və Cavahir III qrup üzrə imtahan verərək biri 662, digəri isə 645 bal toplayıblar.
Aytən və Cavahir 9 illik təhsillərini yaşadıqları kənddə alıblar. Daha sonra təhsillərini İmadəddin Nəsimi adina olan Yarməmmədbağı kəndində orta məktəbdə davam etdiriblər.
Hər iki abituriyentin sözlərinə görə, uğura çatmaq üçün sadəcə istəmək və çalışmaq kifayət edir.
İki il 2 km-ə yaxın məsafəni qət edərək qonşu kənd məktəbinə gəlsələr də, çəkdikləri çətinlik onların istəklərinə çatmalarına mane ola bilməyib.
Məktəbin direktoru Kamal Soltanov bildirir ki, rəhbərlik etdiyi məktəbin şagirdləri son beş ildə yüksək nəticə göstərir.
Məktəbi bitirən XI sinif şagirdlərinin 50-70 % ali məktəblərə qəbul olur.
Qızların hər ikisi hansı ixtisası seçəcəklərini hələ tam müəyyənləşdirməyiblər.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın