Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Referendum baş tutmuş hesab olunur” – Rəsmi açıqlama

“Referendum baş tutmuş hesab olunur” – Rəsmi açıqlama

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə – sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab olunur.

“Report” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.

Bu gün saat 12:00-a olan seçici fəallığı vahid seçici siyahısında olan seçicilərin 30.6 faizini təşkil edir. Yəni, referendum baş tutmuş hesab olunur.