Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Rasim Balayev Fuad Poladovun müdafiəsinə qalxdı: “Əcəb edib gedib”

Rasim Balayev Fuad Poladovun müdafiəsinə qalxdı: “Əcəb edib gedib”

“Fuad Poladov düz addım atıb”.

Bu sözləri AzNews.az-a Xalq artisti Rasim Balayev Fuad Poladovun Akademik milli Dram Teatrından gedişinə münasibət bildirərkən deyib. O, hesab edir ki, Fuad Poladov kimi aktyorun gedişi Akademik teatr üçün xoş hadisə deyil: “Fuad Poladovun gedişini eşitdim. Çox üzüldüm. Görünür incidiblər, bu da xoşuna gəlməyib. Əcəb edib gedib. Düz edib. Yəqin ki, teatr bu gedişlə çox şey itirəcək. Fuad kimi aktyor indi yoxdur, azdır. Gündən-günə azalırıq”.

R.Balayevin sözlərinə görə, Fuad Poladovun tamaşaçıları onu Rus Dram Teatrında izləyə bilər.

Xatırladaq ki, Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrı ilə yollarını ayırıb. O, aktyor Hikmət Rəhimovun işdən qovulmasına etiraz əlaməti olaraq belə bir addım atdığını deyib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın