Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ramiz Mehdiyevin yeni kitabının təqdimatı oldu – FOTO

Ramiz Mehdiyevin yeni kitabının təqdimatı oldu – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.

AzərTAc xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın