Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Ramiz Əzizbəyli yola salınır: “Gedirəm…”

Ramiz Əzizbəyli yola salınır: “Gedirəm…”

Bu saatlarda Xalq artisti Ramiz Əzizbəyli Türkiyəyə yola salınır.

Bu barədə AzNews.az-a rejissorun özü deyib. Onun sözlərinə görə, müalicə və müayinəsi Türkiyədə aparılacaq:

“Uzun müddətdir ki, səhhətimdə problem var. Müalicə ölkədən kənarda mümkün idi. Maliyyə vəziyyətimlə əlaqədar gedə bilmirdim. Şükürlər olsun ki, Allah yol açdı. Gedirəm, inanıram ki, Bakıya yaxşı əhval-ruhiyyədə qayıdacam, sağlıqla qalın”.

Aktyor qeyd edib ki, Azərbaycana 3 aydan sonra qayıdacaq.

Xalq artisti Ramiz Əzizbəyli uzun zamandır ki, iflic xəstəliyindən əziyyət çəkir. Beynində problem var.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın