Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Rafiq Hüseynov Türkiyədə təcili əməliyyat keçirəcək

Rafiq Hüseynov Türkiyədə təcili əməliyyat keçirəcək

Xalq artisti, diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb.

Bu barədə Yenicag.az-a o, özü açıqlama verib. Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

“Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın