Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Rafil Hüseynovun villasının və oğlunun çılpaq qızlarla fotosu yayıldı…

Rafil Hüseynovun villasının və oğlunun çılpaq qızlarla fotosu yayıldı…

Rafil Hüseynov oğlunu necə vəziyyətdən çıxarmaq istəyir?
Masallının icra başçısı mətbuatdakı «mirzə»lərinə Şəhriyar Hüseynovun fotosunun «montaj» edildiyini yazdırmaq istəyir
Ötən gün İnfo Masallı səhifəsi tərəfindən fotoları yayımlanan Həhriyar Hüseynovla bağlı məsələ böyüməyə başlayıb.  Masallının icra başçısı Rafil Hüseynovun oğlunun gecə klublarından biridə, çılpaq qızlarla birlikdə şəkil çəkdirməsi şübhəsiz atası üçün müsbət hal sayılmır.
Həmin məlumatda deyilirdi ki, Şəhriyar Hüseynov mütəmadi olaraq gecə klublarına gedir və onun əyləşdiyi masanın hesabı 3-4 min manatdan az olmur.
Jam.az xəbər verir ki, icra başçısı oğlu ilə bağlı məsələni ört-basdır etmək üçün əl-ayağa düşüb. Məlumata görə, Rafil Hüseynov oğlunun fotlarını mətbuatdan tam yığışdıra bilmədiyindən, başqa varianta əl atıb. Belə ki, o, mətbuatdakı «mirzə»ləri vasitəsi ilə oğlunun yayılmış fotoşəkilinin «montaj» edildiyi barədə rəy yaratmağa çalışır. Və bunun üçün zəruri olan bütün addımları atmağa hazır olduğunu bildirib.
Məlumatda vurğulanır ki, Masallının icra başçısı bu rəyi yaratmağa çalışsa da, fotoşəkilin montaj olunmadığı artıq çoxdan təsdiqlənib. Üstəlik, Şəhriyar Hüseynovun etdiyi hərəkət və məsələnin bu şəkildə ictimailəşməsi Rafil Hüseynov üçün də böyük problemə çevriləcək. Ona görə ki, dövlət başçısının qəti tapşırığı var. Əgər məmur balaları bu şəkildə davranıb, eyş-işrətlə məşğul olacaqları təqdirdə, təkcə onlar deyil, məmur ataları da cəzalandırılacaqlar. Elə Masallının icra başçısını da qorxudan cəza alacağıdır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın