Cümə , Yanvar 21 2022
Ana səhifə / Şou Biznes / “Rafael Dadaşov dünyasını dəyişənə kimi o xanımı sevdi”

“Rafael Dadaşov dünyasını dəyişənə kimi o xanımı sevdi”

Müğənni Nazim Pişiyari Xalq artisti Rafael Dadaşovla bağlı etiraflar edib.

Sənətçi bir çox mahnılarının söz yazarının məhz aktyor olduğunu deyib. Nazim bildirib ki, R.Dadaşov həmin şeirləri ayrıldığı həyat yoldaşı Sədaqət Dadaşovaya həsr edib:

“Bir dəfə ona sual verdim ki, bu qədər iztirablı məhəbbət yazırsız. Yəqin ki, ünvansız olmaz. Kimə ünvanlanır? Cavab verdi ki, Sədaqət xanıma. Dünyasını dəyişənə kimi o xanımı sevdi. Sadiqlik… Çox yumşaq adam idi. Son illər kilo almışdı, amma xarizmasını korlamırdı. “Yuxu” mahnısını nə qədər cırıb tulladı… Yazmıram, bəsdirin. Yarım saat sonra zəng edirdi ki, qulaq as. Onun yerini doldura bilmirəm”.

Qeyd edək ki, Sədaqət Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. R.Dadaşov və Sədaqət ailəli olub. Onların 3 övladı var. Aktyor ötən il dünyasını dəyişib. Axşam.az

Həmçinin oxuyun

Kişilərin botoks etdirməsini pisləyən Eltona Ülvidən CAVAB – VİDEO

Müğənni, Əməkdar artist Elton Hüseynəliyevin ”Estetik, botoks kişi üçün deyil!” açıqlaması müzakirə olunmaqdadır və heç …