“Report”un məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi əlaqə saxlayaraq, onun barəsində məlumat verib: “Moskvada yaşayan köməkçim var. İngilis dilini bilmədiyim üçün bəzi işləri ona həvalə etmişəm. O, “Yuventus”un direktoru ilə əlaqə saxlayaraq, barəmdə danışıb və bu klubun azarkeşi olduğumu söyləyib. Onlar da da məni İtaliyaya dəvət ediblər. Yaxın zamanda ora yollanaraq, formamı kluba hədiyyə edəcəyəm. Muzeyləti ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm”.

“19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim” deyə R.Ağayev əlavə edib.

Qeyd edək ki, Rafael Ağayev 10 qat dünya və 5 qat Avropa çempionudur.