Bu gün səhər Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün karate dərsi təşkil olunub.
İki saata yaxın davam edən dərsi 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi Rafael Ağayev keçib.