Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Rəsulzadə abidəsinin üzərindəki çuval götürüldü

Rəsulzadə abidəsinin üzərindəki çuval götürüldü

Gəncədə Məmməd Əmin Rəsulzadənin abidəsi ilə bağlı yaranmış qalmaqal nəticə verib.

Musavat.com xəbər verir ki, artıq abidənin üzərindəki çuval götürülüb. Abidənin yeni fotoları da var.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı Rəsulzadəyə aşağılayıcı münasibətin olduğunu bəyan etmişdi. “Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Əgər Məhəmməd Əmin Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək. Əslində Rəsulzadənin orda böyük heykəli olmalıydı. Yoxdur, bir köhnə büst var, onun da başına illərdir çuval keçiriblər. İcra başçısı zəhmət çəkib öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”.

Bu çıxışdan sonra abidənin yerləşdiyi parkın hansı dövlət qurumunun balansında olması ilə bağlı uzun müzakirələr aparıldı. Deputat Musa Quliyev parkın Nəqliyyat Nazirliyinin balansında və baxımsız vəziyyətdə olduğunu bildirdi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti isə bu iddianın əsassız olduğunu bəyan etdi.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın