Ana səhifə / Şou Biznes / Rəqsanənin qızı: “Ailəm oyun olsaydı…“ – Video

Rəqsanənin qızı: “Ailəm oyun olsaydı…“ – Video

“Nə sevgidə, nə də dostluqda xəyanəti heç zaman bağışlamıram. Xoşbəxt, güclü və möhkəm olmağa çalışıram. Heç zaman keçmişə baxıb pis olan insan deyiləm. Çalışıram gələcəyə baxım. Çünki düşünürəm ki, bu olmalı idi. Allah bunu yazdı və bu oldu. Yəni mən nə qədər üzülsəm də, heç nəyi düzəldə bilməyəcəyəm. Oldu, bitdi”. 

Bizim media xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova “Maqazin plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi ilk dəfə əri Eşqin Cəlilovla boşanmasından danışaraq, aralarında yaşanan gizli məqamları gün üzünə çıxardıb.

“Düşünürdüm ki, haqqımda başqa şeylər yazarlar. Belə yazanlar var, amma o qədər deyil. Məni şəxsən tanıyanlar necə varsa yazıblar. Artıq mənim danışmağıma ehtiyac yoxdur. İnsan yaşatdığını yaşamadan ölmür, həyatdan köçmür. Heç zaman bilmədiyiniz,  eşitmədiyiniz, görmədiyiniz şeylərə görə insanları qınamayın. Çünki zaman gələcək o elədiklərinizi yaşayacaqsınız. Onda da deyəcəksiniz ki, görəsən niyə mən bunu yaşadım. Ağlınıza da gəlməyəcək ki, niyə bunu yaşadınız.

Çünki bilmədən sən kimisə qınadın. Heç zaman heç bir qadın xoşbəxt olduğu yerdən getmir. Əgər mənim ailəm oyun olsaydı, 2-3 ay çəkməzdi, illərlə çəkərdi. Mən sevib ailə qurmuşdum. Məni sevən dostlarım, tamaşaçılarım və ailəm var.

Ona görə, sevgiyə möhtac deyiləm. Kim nə istəyir danışsın. Bu mənim həyatımdır. Nə yaşamışam bunu mən yaşamışam. Düşünürəm ki, susmaq ən gözəl cavabdır. Mən Allahın sevdiyi bəndəyəm. Çünki elə insanlar var ki, nələrisə 10 ildən sonra anlayır. Amma mən ən qısa zamanda anlayıram. O addımı atıram, amma tez ayılıram”, – deyə Aysun bildirib. 

Qeyd edək ki, Aysunla Eşqin cütlüyü iyun ayında evlənsələr də bir neçə aydan sonra ayrılıblar. 

https://newstube.az/embed/139624

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …