Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər – VİDEO

Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər – VİDEO

Ötən gecə “Maşın” şouda aparıcı və aktrisa Kəmalə Piriyevanın yetərincə səs toplamayıb, oyunu tərk etməsi saysız-hesabsız müzakirələrə səbəb olub.

K.Piriyevanın oyundan çıxması bir çox məşhurun, xüsusilə, prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılovanın lap ürəyincə olub. Kəmalənin oyunda hədəfi olan Lalə Mustafayevanın qələbə qazanaraq finala çıxmasını prodüser Tarix Əliyev “İnstagram” hesabında özünəməxsus şəkildə şərh edib:

“Amma Allah böyükdür? hərdən elə yıxır ki… Lalə, sən səs istəmə, çünki sənə xalq səs versə də, başqaları xalqın sevgisindən danışmasın”.

Prodüserin yazdığı kinayəli və ikibaşlı şərhi izləyicilər birmənalı qarşılamayıblar. Onlar Tarix Əliyevin bu yolla Kəmalədən acıq çıxdığını yazıblar.

Daha sonra K. Piriyevanın oyundan çıxma xəbəri  müğənni Rəqsanə İsmayılovanın da qulağına çatıb. Bu xəbəri eşidər-eşitməz müğənni “İnstagram” hesabında video paylaşaraq, Kəmalənin oyununu və şoudan çıxmasını ələ salıb:

“Ürəyimdə sözlər var, onları əziz tamaşaçılar sizə çatdırmaq istəyirəm. Birdən sonra mətbuatda yazılar ki, bəs, nə oldu deyirdin ki, maşın filankəsindir. Maşın elədir, maşın belədir. “Maşın”da dünən yaşananlara bələd deyiləm, çünki izləməmişəm. Sadəcə, mənə çatan söhbətlərdən bildiyim qədər Kəmalə “Maşın” şounu tərk edib. Yadıma düşür ki, nəyisə çox istəyəndə anam mənə nanəli konfet verib deyirdi ki, qızım alabu nanəli konfeti saxla özündə, sabah nə istəsən, onu sənə alacağam. “Maşın”da yaşananlar 5 yaşım olanda yaşadığım hadisələri xatırlatdı. Oyunda çox gözəl ssenari quruldu. Göz dəyməsin. Onsuz da deməyə ehtiyac yoxdur, bu zatən belə olmalı idi. Göydə Allah hər şeyi görür. Xalq, millət, tamaşaçı da öz gözləri ilə yaşananların şahidi oldu. Artıq adamların pulları çatmadı, bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Eybi yoxdur, növbəti “Maşın” şouda çatar pulları. Amma bunlar oyundur. Mən sözümün ağasıyam. Sona kimi nə demişəmsə, düz demişəm. Hər kəs də bunu gözəl anlayır”.

Daha sonra Rəqsanə “İnstagram” hesabında finala vəziqə qazanan aparıcı Lalə Mustafayevanın fotosunu paylaşıb, ona avtomobilin hallalığını verərək dəstək çıxıb.

Qeyd edək ki, Kəmalə Piriyevanın bir neçə gün öncə avtomobildən əlini çəkməsi kadrları sosial mediada yayılar-yayılmaz müzakirələrə səbəb olub. Həmin görüntüləri “Instagram” səhifəsində paylaşan Aysun İsmayılovanın anası müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova mesaj yollayıb: “Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …