O,“Xəzər” televiziyasının “5/5” verilişində qonaq olub. Rəqqasə həmin verilişdə Hindistanın məşhur “Zita və Gita” filmindəki Gita obrazını canlandırıb. Rəqqasə bu obrazı çox sevdiyini bildirib:

“Bunu sizin üçün hazırladıq. Hələ qarşıdakı sürprizləri gözləyin”.

Qeyd edək ki, Fatimənin bu rəqsi sosial şəbəkədə böyük müzakirəyə yol açıb. 50 minə yaxın izləyici onun bu obrazını bəyənib.