Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Rəisin Nigar Köçərlini təhqir etməsi xəbəri yalandır” – DIN

“Rəisin Nigar Köçərlini təhqir etməsi xəbəri yalandır” – DIN

Ötən il baş verən oğurluq hadisəsi ilə bağlı bu gün Nəsimi Rayon Polis İdarəsinə çağırılan “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin rəis, polis-polkovniki Musa Musayev tərəfindən təhqirlərə məruz qalması xəbəri ilə bağlı DİN rəsmi açıqlama verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org-a açıqlamasında bu məlumatın tamamilə yalan olduğunu bildirib: ““Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərlinin fevralın 16-da Nəsimi RPİ-də İdarənin rəisi, polis polkovniki Musa Musayev tərəfindən guya təhqirə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır, böhtan xarakterlidir, baş vermiş hadisənin mahiyyətinin təhrif olunmuş, özünə sərf edən formada təqdimatından və qabaqdangəlmişlikdən başqa bir şey deyil.

Həqiqətən də ötən il sentyabrın 26-da “Əli və Nino” mağazaları şəbəkəsinin ofisində oğurluq baş verib, seyfdə saxlanılan 13.216 manat naməlum şəxslər tərəfindən aparılıb. Bu barədə məlumat daxil olan kimi dərhal polis əməkdaşlarından ibarət qrup hadisə yerinə gedib, zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib, həmin tədbirlər bu gün də davam etdirirlməkdədir. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. Bu kontekstdə Nigar Köçərlinin də şübhələndiyi, oğurluq baş verən zaman ofisdə olan bir neçə şəxs də polis tərəfindən dindirilib. Lakin görülən bütün tədbirlərə rəğmən, hələlik cinayəti açmaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar adıçəkilən xanım dəfələrlə İdarəyə dəvət olunub, burada onunla əməliyyat işləri üzrə rəis müavini Nadir Aslanov və digər məsul şəxslər tərəfindən cinayətin açılması istiqamətində müvafiq söhbətlər aparılıb, istintaq-əməliyyat tədbirlərinin gedişi barədə zəruri məlumatlar da verilib. Lakin bu iddialı xanım hər dəfə az qala ultimativ formada izahat tələb edərək İdarənin məusl əməkdaşlarını təxribata çəkmək istəyib, buna nail olmadıqda isə onları guya oğurluğu açmaqda maraqlı olmadlqları barədə şantaj edirmiş. N.Köçərli İdarənin rəis müavini Nadir Aslanovun və cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadənin cinayətin açılmasında guya maraqlı olmadıqlarını deyərkən, əlbəttə, yalan danışır və polis əməkdaşlarına qarşı qərəzini büruzə verir.

Adi məntiq də deyir ki, rəis müavini və CAŞ-ın rəisi rayon ərazisində baş verən istənilən cinayətin açılmasında öz vəzifə borclarına görə ən çox maraqlı şəxslərdir. Göstərilən istiqamətdə zəruri tədbirləri həyata keçirdiklərinə görə onların bu məsələdə laqeydlik göstərməsi heç mümkün də deyil. Sözügedən cinayət işinin icraatının guya dayandırılması barədə xanımın iddiaları da həqiqətdən uzaqdır. Digər tərəfdən, məhz adları çəkilən şəxslərin də daxil olduğu istinntaq-əməliyyat qrupu ötən ilin əvvəllərində paytaxtın mərkəzində-“Nizami” küçəsində “Əli və Nino”nun mağazasında baş vermiş oğurluğu açaraq, təqsirkar şəxsləri məsuliyyətə cəlb ediblər”.

Orxan Mansurzadə N.Köçərlinin fevralın 15-də məsələnin geniş formatda müzakirəsi üçün Nəsimi RPİ-yə dəvət edildiyini, amma bundan imtina etdiyini bildirib: “Və nəhayət, N.Köçərli ilə söhbət bir gün sonra rəis müavini, İdarənin İstintaq və Cinayət axtarışı şöbələri rəislərinin iştirakı ilə Nəsimi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin kabinetində baş tutub. İndi bilərəkdən özünü ictimai rəyə mədəni, İdarə rəhbərliyini guya kobud şəkildə təqdidm etməyə çalışan xanım öz əsassız və məntiqsiz ittihamları ilə növbəti dəfə əsib-coşub və belə “mədəni” davranışı ilə təcrübəli polis əməkdaşlarını, sözün həqiqi mənasında, şoka salıb. Söhbət əsnasında N.Köçərli özünə nəzarəti itirib, səsinin tonunu qaldıraraq rəis müavini N. Aslanov barəsində etikadan kənar, normal, mədəni davranışla bir araya sığmayan təhqiramiz ifadələr işlədib və beləliklə, hansı səviyyənin yiyəsi olduğunu ortaya qoyub.

İdarənin rəisi isə bu xanımı etikaya, intizama dəvət etməyə çalışsa da N.Köçərli yenə öz ampluasında olub, sayğısızcasına, nümayəşkaranə şəkildə kabineti tərk edib.

Ona görə N.Köçərlinin Nəsimi RPİ-də guya təhqirə məruz qalması, təhdid olunması barədə söylədiklərinin heç bir əsası yoxdur Onun qabaqdangəlmişlik edərək məlum görüş barədə həqiqəti təhrif etməsi də ictimai rəyi aldatmağa hesablanıb”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın