Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Rəsulzadənin çox dəyər verdiyi bədii əsərlər – SİYAHI

Rəsulzadənin çox dəyər verdiyi bədii əsərlər – SİYAHI

Böyük dövlət xadimi olan Məhəmmədəmin Rəsulzadə ədəbi tənqidçi kimi çıxış edərək, ədiblərin əsərlərində istiqlala çağırış, hürriyyət ideyalarını araşdırıb. Həmçinin bir ideoloq kimi həmin əsərlərin və onların müəlliflərinin kommunizm qulları tərəfindən necə təqib olunduğunu və incidildiyini bizlərə çatdırır:  “Bir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus  inqilabından  sonrakı inkişaf mərhələsindəki  şəxsiyyətlərini  qeyd etdik və  nəhayət, 1918-ci  ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi  burada qurtardıq. İndi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm”.
28 May “İstiqlaliyyət günü” münasibətilə böyük Rəsulzadənin dəyər verdiyi əsərlərin siyahısını təqdim edirik:
1.Cəlil Məmmədquluzadənin “Kamança” və Anamın kitabı” pyesləri-Rəsulzadənin çox önəm verdiyi səhnə əsərləri olub. O, bu pyeslərin dərin alt qatından bəhs edir: “Cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə, xalqı “Anamın kitabı”na çağıran bu əsər xoş gəlməmiş, onun üçün də oynanması uzun zaman qadağan edilmişdi.”
2.“Laçın yuvası” (Süleyman Sani Axundov) – Rəsulzadə Axundovun çox sevdiyi bu əsəri  barəsində ürəkdolusu danışır: “Pyesin sosial səbəbə deyil, sadəcə siyasi taktikaya dayanan bu inqilabçılığı qırmızı senzuraya çox da xoş gəlməmişdi. Bu, senzuraya görə Azərbaycan öz qüvvələri ilə və ictimai-iqtisadi motivlərlə sovetləşmişdir. Halbuki “Laçın yuvası”nı tutan Azərbaycanlı kommunist oranı sadəcə olaraq imperializmin Şərqdəki səngərini daha yaxşı yıxa bilmək üçün tutur. İnqilab məqsəd ikən burada vasitə kimi göstərilib”.
3.“Vaqif” ( Səməd Vurğun) – Rəsulzadənin Səməd Vurğuna xüsusi rəğbəti olmasa da bu dramdakı sətiraltı mənaları çox bəyənib. Dramı imoperializmə zərbə kimi dəyərləndirib.
4.Hüseyn Cavidin 5 pyesi – “Topal Teymur”, “Peyəmbər”, “Səyavuş”, “Uçurum”, “İblis”
5.Əhməd Cavadın şeirləri
6.Əli Yusifin şeirləri
7.Gültəkinin “Azərbaycan” şeiri: Bu şeirin misraları hər zaman böyük Rəsulzadənin dilinin əzbəri olub:
“Sən bizimsən, bizimsən, durduqca bədəndə can
  Yaşa, yaşa, çox yaşa, ey şanlı, Azərbaycan”
Moderator.az

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın