Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Rəsul Çunayev və İlham Zəkiyev səfir oldu – SİYAHI

Rəsul Çunayev və İlham Zəkiyev səfir oldu – SİYAHI

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.

Onları Oyunların Əməliyyat Komitəsi bir araya gətirib.

Ulduz səfirlər müğənni Tünzalə Əliyeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi-2011″in qalibi Mirələm Mirələmovdur.

İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək.

Təqdimat mərasimi “Qrassroots” proqramı çərçivəsində baş tutub. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulub. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.

Qeyd edək ki, idmançı və ulduz səfirlər Oyunların təbliği işlərində daha aktiv fəaliyyət göstərəcək, bununla yanaşı, geriyə sayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial əhəmiyyətli kampaniyaları dəstəkləyəcək və öz sosial media kanallarından istifadə etməklə, pərəstişkarlar arasında İslamiadanın təbliğinə dəstəyi təmin edəcəklər. (AzVision.az)

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın