Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Şou Biznes / Rəşid Mahmudovdan “qadınlar məməli heyvandır” deyən alimlərə -ETİRAZ

Rəşid Mahmudovdan “qadınlar məməli heyvandır” deyən alimlərə -ETİRAZ

“Qadınlar haqqında bu cür fikirlərin səsləndirilməsi biabırçılıqdır”
Son günlərin müzakirə mövzusuna çevrilən xəbərlərdən biri də ərəb alimlərinin qadınlarla bağlı növbəti ağlasığmaz və qəribə fikir oldu. Belə ki, Səudiyyə Ərəbistanda alimlər kollegiyası qadınların əslində məməli heyvanlar sinfinə aid olduğu qənaətinə gəliblər. Həmçinin onu da qeyd ediblər ki, qadınlar məməlilər sinfinə aid olan heyvanlarla (keçi, dəvə) eyni hüquqlara malik olmalıdır.
Ərəb alimlərinin qadınlar haqqında bu cür aşağılayıcı qənaətlərini, gəldiyi fikirləri ilk dəfə deyil ki, eşidirik. Zaman-zaman qadınlar, onların kişilərin qabırğasından yaranması və s. haqqında müxtəlif təzadlı, qəribə fikirlər eşitmişik. Ərəbistanda qadın, ümumiyyətlə cansız əşyadan fərqlənmir, dəyəri hansısa ev əşyasına bərabərdi. İndi ərəb alimlərinin qadınları heyvanlarla eyniləşdirməsi güya qadına “dəyər” verilməsidir.
Tibb elmləri namizədi Rəşid Mahamudov Moderator.az-a açıqlamasında yayılmış bu xəbərlərə münasibət bildirib.
R.Mahmudov ərəb alimlərinin gəldiyi qənaəti biabırçılıq adlandırıb:
“Qadınlar haqqında bu cür fikirlərin səsləndirilməsi biabırçılıqdır, ağılsızlıqdır, boş söhbətlərdir. Ümumiyyətlə ərəblərdən nə vaxt alim çıxıb axı? Biri qalxıb deyir ki, yer fırlanmır, indi biz buna inanaqmı? Belə danışanlar ərəb alimləri yox, ərəb mollalarıdır. Qadın və kişi hər şeydən öncə insandır, təfəkkürü var. dünya alimləri təsdiq edib ki, qadınların təfəkkürü yaşına görə kişilərdən çox yüksəkdir. Qadınlar kişilərdən daha ağıllıdır, bunu dünya elmi sübut edib”.
Qedy edək ki, Fransız portalı “Journal de Montreal” ərəb alimlərinin gəldiyi bu qənaəti tarixi bir dönüş nöqtəsi adlandırıb. Dünya qadın haqları müdafiəçisi dərnəkləri isə səudiyyəli alimlərin bu antropoloji kəşfini lağ edərək belə tənqid ediblər: “Çünki dünənə qədər Ərəbistanda qadının dəyəri bir ev əşyası qədər idi. Amma artıq o, dəyər qazanıb və bu gün heyvanların malik olduğu hüquqlara da malikdir. Daha əvvəl Ərəbistanda qadın cansız bir əşyadan fərqlənmirdi, amma daha elə deyil. Artıq o da ən azı dəvə və keçi qədər dəyərlidir. Ərəbistanlı qadınlar insan sayılmaq üçün bir qədər gözləyəcəklər. Olsun, Səudiyyə alimlərinin yeni kəşfləri onların bu istiqamətdəki yolunu açacaqdır”.
 

Həmçinin oxuyun

Xalq artisti çimərlik paltarında klip çəkdirdi – VİDEO

Xalq artisti Brilliant Dadaşova “Tet-a-tet” mahnısına çəkilən yeni klipini təqdim edib. Publika.az xəbər verir ki, mahnının …

Bir cavab yazın