Ana səhifə / Şou Biznes / Rəşid Behbudovun yeni heykəlinin başına torba keçirdilər

Rəşid Behbudovun yeni heykəlinin başına torba keçirdilər

Bir müddət öncə Bakıda Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ xalq artisti Rəşid Behbudovun heykəli ucaldıldı. Ancaq bu günlərdə yeni ucaldılan abidənin üzərinə ağ örpək keçirilib.

Milli.az saytının bildirdiyinə görə, heykəl dörd tərəfdən əhatəyə alınıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov virtualaz.org saytına bunun səbəblərini açıqlayıb. Onun sözlərinə görə, payızda abidənin açılış mərasimi keçiriləcək. Buna görə də, payızadək heykəlin üzəri qapalı qalacaq.

“Heykəlin üzərində montaj işləri aparılıb. Yəqin buna görə də, əksəriyyət artıq açılış mərasiminin olduğunu düşünüb”, – deyə mətbuat katibi söyləyib.

İ.Hümbətov əlavə edib ki, payızda Rəşid Behbudovun xatirəsinə həsr olunacaq tədbirlər, festivallar da keçiriləcək.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın