Bazar ertəsi , May 27 2024
Ana səhifə / Şou Biznes / “Rəşad Dağlı azad olanda bunu edəcəm” – Orxan Lökbatanlı

“Rəşad Dağlı azad olanda bunu edəcəm” – Orxan Lökbatanlı

“Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm”.

Bu sözləri meyxanaçı Orxan Lökbatanlı “Həmin Zaur” verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək.

İfaçı aparıcı Zaur Kamalın “10 min versəm meyxana deməyəcəksən” sualına “Yox, bitdi” cavabını verib.

O.Lökbatanlı “Söz verirəm, Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm” deyə, əlavə edib.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

“Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki…”

“Elə verilişlər var ki, ora getməyəndə, sevinirsən, deyirsən, nə yaxşı getmədim.Orada aparıcılar bizə lazım olmayan …