Şənbə , May 28 2022
Ana səhifə / Şou Biznes / Rəqsanənin yeni fotosessiyası etiraz doğurdu

Rəqsanənin yeni fotosessiyası etiraz doğurdu

Ailə quraraq Moskvaya köçən müğənni Rəqsanə İsmayılova yeni fotosessiyası ilə gündəmə gəlib.

Sosial şəbəkə hesabında açıq-saçıq görüntülərini paylaşan müğənni müzakirələrə səbəb olub.

Onun bu görüntüsü izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Qızı bir müddət əvvəl nişanlanan Rəqsanəyə “Kürəkənin baxır, ayıbdır”, “Bu heç olmadı, yeni kürəkəndən ayıbdır”, “Qudan bunu görmür?” kimi çoxsaylı rəylər yazılıb.

Qeyd edək ki, müğənni biznesmen əri Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olaraq ailə qurub. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını da öz soyadına keçirib.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …