Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / Rəqsanədən Kəmaləyə ağır ittihamlar – Video

Rəqsanədən Kəmaləyə ağır ittihamlar – Video

Uzun illərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova “Maşın” realiti şousunu ərsəyə gətirən “M Group Production” və iştirakçı Kəmalə Piriyevanın ünvanına ağır ittihamlar səsləndirib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi instaqramda canlı yayıma qoşularaq prodakşının pul alaraq Kəmalənin əlini maşından çəkən kadrları yox etdiyini iddia edib. 

Bundan əlavə, o, Piriyevanın varlı sevgilisinin olduğunu deyib: “Niyə Kəmalənin əlini maşından çəkməyini vermədiz? Niyə pul alıb hamısını sildiz? Düzgün iş görün. Başıma güllə vursalar da, heç kimdən qorxmuram. Həqiqət nədirsə, onu deyirəm. Hər zaman da həqiqət olan yerdə olacağam. Yaxşı “dayday”ın, səni “saxlayan” kişi, onun restoranı, klinikası olmalıdır. Vəssalam, həqiqət budur. Lalə Mustafayeva və Türkan Vəlizadə, hamısı boş şeylərdir, bir-birinizi qırmayın. O maşın Kəmalənindir”. 

Video “Show News” instaqram səhifəsinə məxsusdur. 

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …