Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / Rəqsanə haqqında ŞOK FAKT: “Eltonun ailəsini dağıdırdı…”

Rəqsanə haqqında ŞOK FAKT: “Eltonun ailəsini dağıdırdı…”

Prodüser Təranə Səmədova qalmaqal yaşadığı müğənni Rəqsanə İsmayılova barədə şok faktlar açıqlayıb.
Lent.az -ın canlı yayımında qonaq olan məşhur prodüser ifaçı barədə bu sözləri deyib:
“Heç kim süddən çıxmış ağ qaşıq deyil. Deyir ki, Təranə ilə maraqlanmıram, amma mənim sevgilimin həyat yoldaşı dediyi insanla “WhatsApp”da yazışır. O, qadın həqiqətən var. Amma sevgilim onunla mənimlə tanış olmamışdan iki il öncə ayrılıb. Mənə deyir ki, ailə dağıdırsan. Sən Eltonun ailəsini dağıdırdın (Elton Hüseynəliyev – red.) Eltonun xanımı Toma mənə zəng edirdi. Deyirdim ki, heç nə bilmirəm. Rəqsanə haqqımda o qədər çirkin danışır ki, onunla necə barışım? Həyat yoldaşın sənin belə danışığına necə yanaşır? Sevgilim ofisiant işləyir, bazarda işləyir. Bu, mənim seçimimdir. Bundan sənə nə? Həyatımda olan insan mənə deyir ki, danışma. O qədər susuram ki, deyəcəklər ki, qorxan yerim var”.

Həmçinin oxuyun

Məleykə Əsədovanın İsveç sərgüzəştləri – Video

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə İsveçdə dincəlir. İstirahət videolarını sosial şəbəkədə paylaşan aktrisa …