Şənbə , İyun 6 2020
Ana səhifə / Şou Biznes / Rəqsanə 250 azərbaycanlı ailəni himayəsinə götürdü — VİDEO

Rəqsanə 250 azərbaycanlı ailəni himayəsinə götürdü — VİDEO

İllərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb.

Sənətçi hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib:
“Moskvada bütün azərbaycanlılar varlı yaşamır. Bir çoxu gündəlik qazanc əldə edir. Bəziləri də qeyri-rəsmi işləyirlər. İş yerləri bağlandığından indi onlar çətin vəziyyətdədir. Amma narahat olmasınlar. Mən Moskvada onların hər birinə bacı, xala, bibi, ana olacağam. Ehtiyacı olan utanmadan mənə yazsın”.
Müğənni eyni zamanda əgər Moskva şəhərində yaşayan azərbaycanlılardan yemək almağa imkanı olmayanlar varsa, mütləq ona yazmalarını xahiş edib. (Baku.ws)
 

Həmçinin oxuyun

Mərhum Xalq artistinin müğənni qızı: “Atam söylədi ki, ondan sənə həyat yoldaşı olmaz” VİDEO

“Atamla dost idim. Əvvəllər onunla danışmağa risk etmirdim. Yaşımın üstünə yaş gəldikcə özü aranı açmağa …