Çərşənbə , İyul 8 2020
Ana səhifə / Şou Biznes / Rəqqasə Oksana: “3-4 aydan sonra pul qazanmağa başlamışam”

Rəqqasə Oksana: “3-4 aydan sonra pul qazanmağa başlamışam”

“Mən nadir hallarda toylara gedirəm. Ona görə toyların olmaması mənim büdcəmə təsir etməyib. Mənim şərtlərimi qəbul edən məclislərə gedirəm.  Üç aya qədərdir ki, pul qazana bilmirdim”.

Bu sözləri Musavat.com-a açıqlamasında aktrisa-rəqqasə Oksana Rəsulova deyib.

O, işlərinin yeni başladığını bildirib:

“Bir müddət öncə reklam sifarişi oldu, onu çəkdik. Əvvəlkinə baxanda sosial media üçün reklam təklif verənlər azalıb. İndi pul qazanmaq söhbəti yoxdur. Pandemiyaya qədər qazandıqlarımızı xərcləyirik. Gəlir yoxdur. Kinoteatrlara təqdim etdiyimiz “Sevgi romanı” karantinə düşdü deyə ordan da maddi zərbə aldıq. Əvvəllər səhifəmdə paylaşmağım üçün mənə çoxlu reklam təklifi edirdilər. Mən çoxu ilə razılaşmırdım. Özümə rəva bilmədiyimi başqalarına rəva bilmərəm. Həm də mənim reklam qonorarım baha olduğu üçün hər adam da reklam verə bilmir. Son iki ayda pullu reklam təklifi olub, razılaşmışam. İndi isə serial çəkilişinə başlamışıq”.

Həmçinin oxuyun

“Bizim millətimiz çox qudurğan millətdir…” – Məleykə Əsədova

Feysbuk sosial şəbəkəsindəki böyük səhifələrdə tanınmış aktrisa, xalq artisti Məleykə Əsədovanın Azərbaycan xalqını təhqir etməsinə …