Bazar , Sentyabr 22 2019
Ana səhifə / Şou Biznes / Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir.

Diqqət çəkən məqam Fatimənin qızının toy məclisinə yalnız Əməkdar artist Mətanət İsgəndərlini dəvət etməsidir.

Mediaya qapalı keçirilən məclisdən oğlu Hüseyn ilə birgə “Instagram”hesabında foto paylaşan Fatimənin kövrələrək, göz yaşı axıtması nəzərdən qaçmayıb. Rəqqasə, yayımladığı fotoya, “Allah gözəl qızım Aydanı xoşbəxt etsin. Şükür bu günə. Hüseyn balamdan görüm” şərhini yazıb.

Aydanın gəlin paltarında görüntülərini fotoqraf İlkin Cəfərov “Instaqram”səhifəsinin “hekayə” bölümündə paylaşıb. Fotoya İlkin “Bu gün Əkbər və Aydan cütlüyünün toyunu çəkirik” şərhini yazıb.

Rəşad Əliyev

Həmçinin oxuyun

Vasif Məhərrəmli həmkarlarını savadsız adlandırdı – Video

Əməkdar artist Vasif Məhərrəmli həmkarlarını savadsız adlandırıb. Müğənni bu haqda “Səhər-səhər” verilişində danışıb. Məhərrəmli bildirib …