Şənbə , May 21 2022
Ana səhifə / Şou Biznes / Rəmişlə küsülü olan gitara ifaçısı: “Allah onun günahlarını bağışlasın”

Rəmişlə küsülü olan gitara ifaçısı: “Allah onun günahlarını bağışlasın”

Gitara ifaçısı Rəhman Məmmədli mərhum xalq artisti Rafiq (Rəmiş) Hüseynov haqqında danışıb.

İllərlə Rafiq Hüseynov ilə küsülü olan Rəhman Məmmədli Musavat.com-a açıqlamasında həmkarı ilə barışdığını deyib: “Azərbaycanda gitaranın dirçəlməsinin bir nömrəli sənətkarı Rəmiş Hüseynovdur. Bu gün hamımız onun vida mərasiminə toplaşmışıq. Rəmiş həqiqətən də Azərbaycan incəsənəti üçün böyük bir itkidir.

Bu gün əlində gitara tutan hər kəs ona borcludur. Rəmiş olmasaydı, bu sənət indiki qədər sevilməzdi. Rəmişlə telefonla əlaqə saxlayırdıq. Bir arzum var ki, Allah onun günahlarını bağışlasın!

Çünki heç birimiz günahsız deyilik. Yeri cənnət olar inşallah. Rəmişlə münasibətimiz haqqında vida mərasimində danışmaq istəmirəm. İnciməyin…Mən kiçik kimi böyüklüyümü yerinə yetirdim”.

Həmçinin oxuyun

“Niyə dar günümdə yanımda olmadın?” – Manafdan Vasifə

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev efirdə bir araya gəliblər.  Axşam.az xəbər verir …