Şənbə , Avqust 20 2022
Ana səhifə / Şou Biznes / “Rəmiş soyuq məzarda yatır, mən də soyuq evdə oturmalıyam” – VİDEO

“Rəmiş soyuq məzarda yatır, mən də soyuq evdə oturmalıyam” – VİDEO

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova açıqlamaları ilə yenidən gündəmə gəlib.
Belə ki, “Günün sədası” proqramının əməkdaşları gitara ifaçısının evinə gedərək G. Hüseynovadan süjet hazırlayıb.
Təqdim olunan görüntülərdə Xalq artistinin xanımı mərhumun geyimlərini stulun başına asaraq onun yoxluğu ilə barışmadığını bildirib:

“Onun paltarını stulun başına qoymuşam, yeməyi onunla yeyirəm. Rəmişdən sonra yaşamaq istəmirəm. Lakin o dünyada deyirlər ki, görüşməyəcəksiz, ona görə özümü öldürmürəm. Burada Rəmişlə otururam. O yoxdu deyə “kombi” işə salmadım. Deyirəm, o soyuq məzarda yatır, mən də soyuq evdə oturmalıyam. Arada özümə əsəbləşib yemək bişirmədim, bir stəkan su da içmirdim. Yuxularıma girir, üzünü görmürəm. Xəstəxanada olanda dedim ki, sənə nəsə olsa, özümü öldürəcəm. Fikirləşdim ki, ölsəm, onu dəfn edən olmayacaq.
O, yeddi aydır ay Gülü demir. Səsini eşitmirəm. Nə qədər çağırıramsa, yenə demir. Qışqırıram, cavab gəlmir, boynundan öpmək istəyirəm, öpə bilmirəm. Sanki nəsə demək istəyir, amma deyə bilmir. Ölümündən əvvəl məndən şaftalı istədi, tapa bilmədim. Ona yedizdirə bilmədim deyə, meyvə yemədim. Rəmiş kimsənin yanında əyilmədi. O rəhmətə getməyib, mənim yanımdadır”.
Qeyd edək ki, Xalq artisti Rafiq Hüsüynov (Rəmiş) bu ilin martında COVID-19 virusundan vəfat edib.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …