Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Şou Biznes / Rəhim Rəhimli işdən çıxarıldı, yerinə təyinat oldu – Foto

Rəhim Rəhimli işdən çıxarıldı, yerinə təyinat oldu – Foto

“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.

Belə ki, 2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.

H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.

Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.

Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.

Həmçinin oxuyun

“Camaatın cibində pul var ki, toy edə?” – Niyam Salami

Müğənni Niyam Salami “Hər səhər Mətanətlə” proqramında qonaq olub.Müğənni həmkarlarının toyla bağlı narahatçılıqlarına etiraz edib:“İndi …