Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Rəfiqəsinə qoşulub qaçdığı deylən qızın ATASI: – “Qızım yanımdadır, ləkə yaxırlar”

Rəfiqəsinə qoşulub qaçdığı deylən qızın ATASI: – “Qızım yanımdadır, ləkə yaxırlar”

Gəncə Dövlət Universitetinin tələbəsi olan Ayla Əliyeva tələbə yoldaşı Nazlı Qulamovaya (adlar şərtidir-red.) qoşulub qaçması barədə xəbər bu gün ölkə mediasının ən çox müzakirə edilən hadisələrdən idi.

Modern.az məsələ ilə bağlı rəfiqəsinə qoşulub qaçdığı iddia edilən Ayla Əliyevanın atası Aslan İsmayılovla əlaqə saxlayıb. Ata yayılna xəbəri dezinformasiya adlandırıb.

“Bizim qızımızın hara getdiyindən və kiminlə olduğundan xəbərimiz var. Qızım yaxın rəfiqələri ilə Şəkiyə gəzintiyə getmişdi. Qızlardan birinin telefonu xarab olduğu üçün ailəsi ilə əlaqə saxlaya bilməyib. Normal olaraq ailə də narahat olub. Nəticədə qarşı tərəfin ailəsi polisə müraciət edib və hadisə böyüyüb. Qızların qoşulub qaçmaq məlumatı dezinformasiyadan başqa bir şey deyil. Bu məlumatın necə yarandığını bilmirik. Ayla (şərtidir-red) hazırda yanımızdadır. Biz kiminsə təkidi ilə qızımızı universitetdən uzaqlaşdırmamışıq. Belə xəbərləri yayan insanlar qızın gələcəyini, ailəsini düşünmürlər. İnsanın mənəviyyatı, şərəfi ilə oynayırlar. Bir insana ləkə yaxmaq bu qədər asan olmamalıdır. Qızımla sevgili olduğu iddia edilən qız da hazırda ailəsinin yanındadır. Çox yaxın rəfiqə olduğu üçün belə məlumatlar yayıblar. Halbuki o qız nişanlıdır. Bu xəbəri yayanlar qızın özünü öldürə biləcəyini düşünmədilərmi?”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın