Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Qürurum milyonlardan üstündür” – Məleykə Ramizi bağışlamadı

“Qürurum milyonlardan üstündür” – Məleykə Ramizi bağışlamadı

Xalq artisti Məleykə Əsədova ötən gün həmkarı Ramiz Məlikin ondan üzr istəməsinə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa “5/5” verilişinə telefonla bağlanaraq aktyoru bağışlamayacağını söyləyib:

“Özümdən böyüklərə hörmətlə yanaşıram. Hər şeyi bağışlayaram, amma anama, qüruruma, qızıma əl uzadanı ömrüm boyu bağışlamaram. Qürurum milyonlardan üstündür. Hətta sənətimdən belə.

Vəkilim var, bu işlərlə məşğul olur.  Heç kəsin qarşısında əyilmirəm, bircə Allahdan başqa! Valideynlərimin ruhuna xələl gətizdirmərəm. Hamı bilir ki, anam necə bir qadın olub.  Bu söhbət qurtardı, onu bağışlamayacam”.

Qeyd edək ki, insident R. Məlikin xalq artistinin geyimi ilə bağlı “facebook”da şərh yazması ilə başlayıb.  Daha sonra xalq artisti Məleykə Əsədovanın ailəsini təhqir edib, onun valideyləri barədə qeyri-etik ifadələr işlədib.

Aktrisa məhkəməyə müraciət edəcəyi barədə instaqramda paylaşım edib, Ramiz Məlik isə bəyanat yayaraq ondan üzr istəyib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …