Ana səhifə / Şou Biznes / Qurultay nümayəndələri prezidentə müraciət etdi

Qurultay nümayəndələri prezidentə müraciət etdi

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.

İclasın gündəliyinə Redaksiya Komissiyasının məlumatı, Qurultay sənədlərinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibinin müzakirəsi daxil edilib.

İclasda Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.

Müraciətdə qeyd edilir ki, ötən qurultaydan keçən dövr ərzində Azərbaycan diasporu ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının alınması üçün hücum taktikasına keçib, fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədi ilə ortaq strategiya müəyyənləşdirilib, əhəmiyyətli görüşlər və forumlar keçirilib.

Müraciətdə Azərbaycanın regionun lider dövlətə çevrildiyi bildirilir. Qurultay nümayəndələri qeyd ediblər ki, bu il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınıb, əks-həmlə ilə onu geri oturdan Azərbaycan ordusunun döyüş qabiliyyəti onları çox sevindirib:

“Hər birimizin ən böyük arzusu Qarabağımızın geri qaytarılması, torpaqlarımızın azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik. Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması və təbliği, doğma Vətənin mili maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik”.

Sonra prezident İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib.

AzVision.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın