Ana səhifə / Şou Biznes / Qulaqcıqlar insanı kar edə bilər – VİDEO

Qulaqcıqlar insanı kar edə bilər – VİDEO

Telefon qulaqcıqlarından istifadə edənlər çoxdur. Xüsusən gənclər bu əşyaya daha çox meyl göstərirlər. Əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər qulaqcıqdan istifadə edirlər. İctimai nəqliyyatda, bəzən isə işdə belə qulaqcıqlardan istifadə olunur. Mütəxəssislər isə qulaqcıqdan daimi istifadəni sağlamlıq üçün risk hesab edirlər.

Gəray Novruzov (otolorinqoloq): “Qulaqcıqların ən böyük fəsadı xarici qulaq yolunun dəri xəstəliklərinə səbəb olur. Kontakt dermotitlərə, göbələk xəstəliklərinə, el arasında çiban dediyimiz xəstəliklərə səbəbiyyət verir. Bunlar vaxtında düzgün müalicə olunsa, geri qayıdan xəstəliklərdir. Lakin qulaqcıqların elə fəsadı var ki, o geri qayıtmır. Hətta sosial əlilliyə gətirib çıxarır. Uzun müddət qulaqcıqdan istifadə etdikdə qulaq pərdələri ziyan görə bilir. Və ağır eşitməyə gətirib çıxarır. Bunun müalicəsi olmur. Eşitmə aparatlarından asılı olursan.

Hazırda satışda standartlardan kənar və istehsal mənbəyi bilinməyən bir çox qulaqcıqlar satılır. Bunlar da təhlükə mənbəyi hesab olunur. Belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə riayət olunmur.

Qulaqcıqların yaratdığı digər bir təhlükə ətrafdakı baş verən hadisələrdən insanın tam təcrid olunmasıdır. Küçə ilə gedən bir insan qulaqcıqlara qapanıbsa, hər an təhlükə yaşaya bilər. Bu ən çox yol qəzaları ilə sonlanır.(arb tv)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın