Ana səhifə / Şou Biznes / Qocalar evində vəfat edən azərbaycanlı məşhur

Qocalar evində vəfat edən azərbaycanlı məşhur

O, Azərbaycan milli kinosuna “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”, “Sehrli xalat”, “Bizim küçə”, “İstintaq davam edir” kimi mükəmməl filmlər yadigar qoyub. Əfsuslar olsun ki, kino taleyində qarşılaşdığı xoşbəxtliyi  şəxsi həyatında yaşaya bilməyib.

 

Qismətinə qəriblikdə, ailədən, övladdan uzaqda – qocalar evində  bu dünyadan köçmək də yazılıbmış. Azərbaycan kinosunun əvəzolunmaz rejissoru Əlisəttar Atakişiyevi təsadüfən xatırlamadım.

 

Publika.az xəbər verir ki, bu gün onun doğum günüdür.

 

Ə.Atakişiyev 1906-cı ildə Bakıda doğulub. 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb.

 

Estoniyanın ilk rəngli filmini çəkib.

 

İlk dəfə özünü kinooperator kimi sınayıb. Ü.Hacıbəyovun eyniadlı musiqili komediyaları әsasında çәkilmiş “Arşın mal alan”, “O olmasın, bu olsun” filmlәrinin quruluşçu operatoru olub.

 

Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat edib.

 

Qeyd edək ki, sənətkarın yeganə övladı olan oğlu Kanadada yaşayır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın