Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / QMİ sədri Vatikanın elçisi ilə görüşüb

QMİ sədri Vatikanın elçisi ilə görüşüb

Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinski akkreditasiya müddətinin başa çatması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə tərəflər Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında mövcud dini-mənəvi əlaqələrin səviyyəsindən məmnunluqlarını dilə gətiriblər.

Solçinski QMİ sədrinə onu qəbul etdiyinə görə təşəkkür edib və regionda işlədiyi müddət ərzində Şeyxülislamla bilavasitə əməkdaşlıq etməkdən xoşbəxt olduğunu ifadə edib.

Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən A.Paşazadə Nunsi Solçinskiyə ikitərəfli əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə öz təşəkkürünü bildirib, yeni vəzifəsində uğurlar arzulayıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın