Ana səhifə / Şou Biznes / QİZLARIMIZ NİYƏ TÜRK KİŞİLƏRİ SEÇİR?

QİZLARIMIZ NİYƏ TÜRK KİŞİLƏRİ SEÇİR?

Türkiyədə açıqlanan statistikaya görə, türk kişiləri ilə evlənən əcnəbi qadınlara arasında suriyalı və almanlar birinci yerdədir.

Siyahıda suriyalılardan sonra 11,7% göstərici ilə alman (2.644 nəfər) və 9,6% ilə azərbaycanlı gəlinlər (2.170 nəfər) 3-cü yer alıb.

Görəsən, türklərə maraq edən qızlarımız niyə öz oğlanlarımızı bəyənmir?

Sosioloq-jurnalist Lalə Mehralı TİA.AZ-a bildirdi ki, narahatedici haldır ki, gənc qızlar hər yerdə azərbaycanlı kişiləri dardüşüncəli, imkanları məhdudlaşdıran, azadlığını əlindən alan qab, kobud insan kimi qələmə verirlər: “Gənc qızların əksəriyyəti evlənib ölkədən getmək üçün can atırlar , sosial şəbəkələrdə daha çox əcnəbilərlə ünsiyyət yaradırlar ki, bəlkə xaricdən bir elçi çıxa. Səbəbləri isə müxtəlifdir. Kimisinə görə xaricdə “yel əsib qoz tökülüb”. Axı, uzaqdan döyüş asan gəlir, bizim cəmiyyətdə elə fikir formalaşdırıblar ki, bizim ölkədən başqa hər yerdə maddi vəziyyət əladır. İnsanlar rifah içində yaşayır, 8-10 min dollar maaş alır, hamı öz şəxsi evində oturur, bir ailədə hamının şəxsi avtomobili olur və s. Bunlar uzun illər özünü oda, közə vurub durmadan-dayanmadan işləyən insanlar üçün əlçatan ola bilər, amma əcnəbi ilə evlənən kimi hamı milyonçu olsaydı, onda ölkədə qız qalmazdı, hamısı xaricə qaçardı”.
Sosioloq hesab edir ki, digər bir səbəb də bizim kişilərimizin qadınlarına qoyduğu qadağalarla bağlıdır: “Tutaq ki, dar geyimə, qısa ətək geyiminə icazə vermir, boyalı dodaq görmək istəmir, saraldılmış, qızardılmış saçlardan xoşlanmır və öz xanımına bu qadağaları qoyur. Bəzi xanımlar buna əməl, bəzisi isə üsyan edir. Qohum-qonşusunda, tanışında bu cür qadağa ilə üzləşən qadınların narazılığını görən, eşidən gənc qızlar da “əcnəbilərdə belə kompleks yoxdur” deyə evlilik üçün onları ideal hesab edirlər. Xüsusilə də türklərlə evlənən tanış, qohum qızlar varsa daha çox meyllənirlər. Çünki türklərin avropalaşmaq sevdası onlarda bizim kişilərin şiddətlə qınadığı bir çox şeyi normal edib. Məsələn, bizim kişilər öz xanımın içki içməsinə, siqaret çəkməsinə, gecə klubuna getməsinə qətiyyətlə icazə vermir, amma əksər türk kişisi bunu normal hesab edir. Gənc qızlara da cazibəli gələn bu kimi sərbəstliklərdir”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın