Cümə axşamı , May 26 2022
Ana səhifə / Şou Biznes / “Qızını döyməyən dizini döyər, nəvələrim də döyülür” – Mehriban Xanlarova

“Qızını döyməyən dizini döyər, nəvələrim də döyülür” – Mehriban Xanlarova

“Bir müddət əvvəl övlad sahibi olmaq istədiyimi dedim, bunu şişirtdilər. Xaricdə 60-70 yaşında ana olurlar. Bu yaşda ana olanda nə olur?”

Bu sözləri Əməkdar artist Mehriban Xanlarova “Zaurla Günaydın” proqramında deyib. Aktrisa bir müddət əvvəl müzakirələrə səbəb olan açıqlamasından bəhs edib.

M.Xanlarova nəvələrindən söz açaraq bunları deyib:

“Məni kənardan dəlisov biri bilirlər. Amma uşaqları sevirəm, onlara baxaram. Mənə bir bağça versinlər, hamısına baxım. Bütün uşaqları saxlayım. Adam var hövsələsi yoxdur.

Düzdür, qızını döyməyən dizini döyər. Yeri gələndə nəvələrim də döyülür. Evdə yeganə qorxduqları adam mənəm. Uşaq bilməlidir nə, nədir… İndi bəzi cavanlar heç böyük görəndə yalandan yerindən qalxmır. Amma bizim qanımızda var. İstər müğənni, istər aktyorlar olsun, getdikcə dəyişir hər şey”. Axşam.az

Həmçinin oxuyun

Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Əməkdar artist Mətanət İsgəndərli çoxdan küsülü olduğu gəlini Canana ilə barışıb. Deyilənə görə, Mətanət xanım …