Ana səhifə / Şou Biznes / Qızına toy edən ata borca düşdü – Özünü qatarın altına atdı

Qızına toy edən ata borca düşdü – Özünü qatarın altına atdı

Bu gün səhər 09:20 radələrində 65 yaşlı bir şəxs özünü qatarın altına ataraq intihara cəhd edib.

Bu barədə “Qafqazinfo”ya məlumatı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. Bildirib ki, 1951-ci il təvəllüdlü Nardaran sakini Nasir Əhmədov özünü “İçərişəhər”- “Həzi Aslanov” istiqamətində hərəkət edən 13 saylı qatarın altına atıb:

“Maşinistin sayıqlığı nəticəsində qatarı saxlamaq mümkün olub. Qatar dayandırılıb və gərginlik çıxarılıb. Sadəcə sözügedən şəxs relslərin arasına düşdüyü üçün sağ ayağından zədə alıb. Hazırda qatarların intervalında bir az gecikmə var, yaxın zamanda aradan qaldırılacaq”.

65 yaşlı Nardaran sakininin intihara cəhd etməsinin səbəbləri isə hələlik məlum deyil.

***

Bu gün səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmotologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.

N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: “Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib”.

Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: “Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir”.

Hadisə şahidlər bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın