Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Qızılı “Galendewagen”in sahibi cərimə olundu

Qızılı “Galendewagen”in sahibi cərimə olundu

“Cənubi Palmira”nın qızılı “Galendevagen”li azərbaycanlı qonağı iki gün ərzində bir neçə dəfə avtodayanacaq qaydalarını pozub.

Ukrayna saytlarının yazdığına görə, patrul polisinin əməkdaşları Odessanın Arkadi pospektində düzgün park edilmədiyinə görə Azərbaycandan olan qızılı “Galendewagen”i cərimə meydançasına aparıblar.

Qızılı “Galendewagen” sosial şəbəkələrdə də geniş müzakirə olunub. “Bu necə zövqə sahib olmaqdır? Sən demə? təkcə Yanukoviç və Pşonka qızıl batonları və unitazları sevmirlərmiş”, – patrul polisi Yevgeni Stelmax öz səhifəsində yazır.

Polis patrulu rəisi A.Marçenko sürücünün 510 qrivna məbləğində cərimə olunduğunu deyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın