Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Qiymət artımına görə narahatçılığım yoxdu, çünki Allahıma inanıram…”- Elza Seyidcahan…

“Qiymət artımına görə narahatçılığım yoxdu, çünki Allahıma inanıram…”- Elza Seyidcahan…

Həmişə şeirləri ilə gündəmi zəbt edən əməkdar artist Elza Seyidcahanın adından bəzən şeirlər yazıb saytlarda yayımlayan “işbazlar” da var. Görəsən bu dırnağarası “işzablar” Elza xanımın adından metro və marşurutlarda qiymət artımına şeirlər yazmayıblar ki?!
Əməkdar artist Moderator.az-a açıqlamasında bildirdi ki, bu işlərlə məşğul olanları vaxtilə məhkəməyə verərək cəzalandırıb:
“Belə məsələlərə görə şeirlər yazmıram. Mən həmişə fəlsəfi yazıram. Bəzən isə insanlar mənim adımdan anonim yazıb sosial şəbəkələrdə paylaşırlar. Çox mövzulara görə mənim adımdan şeir yazıblar. Həmin adamları məhkəməyə verib cəzalandırdım. Şeirlərimin hamısı kitabımdadı. Birinci dəfə mənim adımdan Roma Papasına, sonra Metropolitenin sabiq rəisi Tağı Əhmədova şeirlər yazmışdılar. Hətta seçki ərəfəsində və benzin bahalaşanda da mənim adımdan şeir yazmışdılar. O, adamlara deyirəm ki, ay yazıqlar, öz benzinlərinizi özünüzə saxlayın, amma onlar öz benzinlərini Elzaya işlədirlər”.
Əməkdar artist qiymət artımına da münasibət bildirib:
“Yəqin belə məsləhətdi ki, qiymətləri qaldırıblar. Biz uşaqlıqdan görmüşük ki, çörəyin, yağın və yumurtanın qiyməti qalxıb. Əgər hər bir insan zəhmətkeşdirsə, acından ölə bilməz. İnanırsınız ki, bu qiymət artımlarından xəbərim yoxdur. Maşınıma benzin alanda da qiymətin soruşmuram, pulumu verirəm ki, benzin vursunlar. Qiymətlər qalxsa da, heç bir narahatçılığım yoxdur, çünki Allahıma inanıram və Allah da ruzimi yetirir. Bütün ailənin qayğıları mənim çiynimdədir. İmkansız insanam, amma elə bilirlər imkanlıyam. Ölkə başçımız xalqını və vətənini canından artıq sevir. Əgər bu günki gündə qiymətlər artırılıbsa, bizim bilmədiyimiz nəsə var. Buna görə də təmkinli olmalıyıq”
Əməkdar artist şeirlərinə el şənliklərində maraq göstərildiyini bildirib:
“Bu gün tədbirlərə, el şənliklərinə gedirəm orda qoca nənələr şeirlərimi əzbər oxuyurlar. Deyirlər ki, icazə verin, Elza xanım şeir oxusun. Düzdü, şeirlərim bəzən başqa mənaya yozurlar, amma şeirlərimin fəlsəfi mənası var. Çox heyfsilənirəm ki, böyük kişi və qadınlar şeirlərimə maraq göstərmirlər, amma balaca uşaqlar onun fəlsəfi mənasını tapırlar”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …