Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / QHT camiəsindən Etibar Məmmədova ETİRAZ

QHT camiəsindən Etibar Məmmədova ETİRAZ

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun yerli QHT-lərin Qərd dairələrinin Azərbaycanda yerli QHT-lərə siyasi partiyalardan daha çox önəm verməsi haqda fikirləri, əks düşərgədə etiraza səbəb olub.

Qeyd edək ki, Etibar Məmmədov Qərb diplomatlarını və təşkilatlarını Azərbaycanda QHT-ləri partiyalardan üstün səviyyəyə qaldırmaqa da ittiham edib: “Axı bu QHT-lər kimi təmsil edirlər? Partiyalar bilinir ki, hansı təbəqənin, kəsimin maraqlarını müdafiə edir. Qərb kimi təmsil etdiyi bilinməyən insanları həmin siyasi xadimlər səviyyəsinə qaldırır. Bu maliyyə mexanizminin olmamasının fəsadıdır ki, bəzi səbatsız insanlar, ölkəyə bağlı olmayan şəxslər xaricdəkilərin qarşında əl açdılar, onlardan maliyyə asılılğına düşdülər. Belə adamlar da öz dövlətinə, xalqına xidmət edə bilməz. Kimdən pul alırsa, ona da xidmət edəcək…”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova TURKUSTAN.info saytına açıqlamasında Etibar Məmmədovun bəyanatının son zamanlar QHT-lərə qarşı özünü göstərən ayrıseçkiliyin daha biri təzahürü olduğunu bildirib: “Bu, həmçinin, “Niyə onlara pul verirsiniz, bizə yox?” mesajıdır. Yəqin ki, Etibar Məmmədov bilir ki, yerli QHT-lər son iki ildə xarici donorlardan heç bir maliyyə almır. İkincisi isə ölkədə hətta xarici donordan maliyyə alan, lakin, dövlət proqramlarının icrasına dəstək verən layihələr və dövlətini sevən QHT rəhbərləri var. Onlar dövlətə xəyanət edən kəslər ola bilərmi? Başqasına xidmət edib öz ölkəsini satarmı? Heç vaxt inanmıram. Xarici ölkədən maliyyə almaq hələ ölkəni satmaq deyil. Əsas, pul alan tərəf  aldığı pulun milləti üçün düzgün xərclənməsinin hesabatını həm vicdanı qarşısında, həm də milləti və dövləti qarşısında verə biləsin”.

Xaricdən maliyyə dəstəyinə gəlincə, M.Zeynalova siyasi partiyalar haqqinda da belə iddiaların zaman-zaman səsləndirildiyini vurğulayıb: “Onda, QHT-lər də partiyalara qarşı belə ittihamla çıxış etsinmi?”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın