Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün aşağıdakı mövzularda təlimlərə başlayır:
• Layihə təkliflərinin hazırlanması.
• İctimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar.
• Layihənin monitorinqi və qiymətləndirilmə metodları.
• QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması.
Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər.
Telefon: (+994) 12 493 17 80, 493 17 32
Email: [email protected]