Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Qaz İdarəsinin rəisi vətəndaşı evsiz qoyub – FOTOLAR

Qaz İdarəsinin rəisi vətəndaşı evsiz qoyub – FOTOLAR

Xəzər rayonu, Binə qəsəbəsinin sakini Niyaz Nəsirov mülkiyyət hüquqlarının pozulmasından şikayətçidir. Onun sözlərinə görə, Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyi heç bir əsas göstərmədən onun torpaq sahəsinin ətrafındakı hasarı söküb və tikinti aparmasına mane olub. 
Bununla bağlı musavat.com-un redaksiyasına müraciət edən N.Nəsirov bildirib ki, əraziyə nəzarət edən Qaz İstismar Sahəsinin rəisi Azər Aşurov vəzifə səlahiyyətlərini aşaraq, ona qarşı şəxsi qərəzli yanaşıb və qanunsuz olaraq torpağından istifadəyə icazə vermir: “2009-cu ildə Binə qəsəbəsində, “Südçülük sovxozu” adı ilə tanınan ərazidə 4 sot torpaq aldım və ərazini hasara saldım. Bir müddət keçdikdən sonra Qaz İstismar Sahəsinin rəisi Azər Aşurov gecəyarısı mənə xəbərdarlıq etmədən hasarı sökdürdü. Sökülmənin səbəbi kimi topaq sahəsininn qaz xətlərinə yaxın olduğunu göstərdi. Ona bildirdim ki, mənim torpağım qaz xətlərindən 25 metr uzaqdadır. Ətrafda qaz xətlərinin yaxınlığında olan onlarla tikinti var, niyə məhz mənim hasarım sökülməlidir? Hazırda da həmin torpaq sahələrində, qaz xətlərinin bir neçə metrliyində tikinti gedir. Lakin Qaz İstismar İdarəsinin rəisi bütün bu dediklərimə əhəmiyyət vermədi. Hasarımı sökərək mənə ziyan vurdular”.
Zərərçəkən Niyaz Nəsirov Qaz İstismar İdarəsi rəisinin həmin ərazidə tikinti aparanlardan rüşvət aldığını iddia etdi: “Elə evlər var ki, qaz xətlərinin üstündə tikilib. Buna baxmayaraq, idarə rəisi nədənsə onlara göz yumur. 1 sot topaq üçün 400 manat rüşvət alırlar. Mənim isə 4 sot topağım var, o hesabla gərək 1600 manat rüşvət verib, tikintiyə icazə alım. Görünür, onların tələbini yerinə yetirmədiyim üçün mənə mane olurlar. Torpağımın bütün sənədləri qaydasındadır. Bu barədə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra Hakimiyyətindən də Qaz İxracı İdarəsinin Kəmərlər üzrə Baş Mühəndisliyinə dəfələrlə bildiriblər ki, mənə tikintiyə icazə verilsin. Lakin Azər Aşurov İcra Hakimiyyətini belə, ciddiyə almır və israrla tikintiyə icazə verməyəcəyini deyir”. Musavat.com














Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın