Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Şou Biznes / “Qaynar xətlər”in işi təkmilləşdirməlidir

“Qaynar xətlər”in işi təkmilləşdirməlidir

Korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılığının genişləndirilməsinə yol açan vasitələrdən biri də dövlət orqanlarının “Qaynar xətt”-lərinin işinin səmərəli təşkilidir. “Qaynar xətt” əlaqə mərkəzləri fəaliyyəti və əlçatanlığı vətəndaşlara korrupsiya hüquqpozmaları barədə operativ məlumat vermək, bununla da korrupsiyaya qarşı mübarizədə iştirak etmək imkanı yaradır. “Qaynar xətt”-lər dövlət orqanları ilə vətəndaşlar arasında əks-əlaqə imkanı yaratmaqla vətəndaş iştirakçılığının genişləndirilməsinə zəmin yaradır.
Dövlət orqanları tərəfindən “Qaynar xətlər”in təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartların müəyyən edilməsi ilə bağlı məsələ Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 2.2. bəndində nəzərdə tutulub. Amma bu il artlq MFP-nin icrası başa çatacaq. Amma bu tədbirin həyata keçirilməsi ilə bağlı suallar hələ də açıq qalır.
Konstitusiyaya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən “Dövlət orqanları tərəfindən qaynar xətlərin təşkili və fəaliyyəti üzrə vahid metodologiya və standartlar” adlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Bununla belə, Nazirlər Kabineti tərəfindən bu sənəd hələ ki, təsdiqlənməyib. Ə.Nuriyev hesab edir ki, vətəndaş iştiakçılığın genişləndirilməsi üçün bu çox vacibdir: “Ümid edirəm ki, . xüsusən Prezident İlham Əliyevin ictimai nəzarətin vacibliyi ilə bağlı söylədiyi fikirlərdən sona bu istiqamətdə irəliləyişlər müşahidə olunacaq”.

Ekspert qeyd edib ki, hazırda əksər dövlət orqanlarında “Qaynar xətt”lər fəaliyyət göstərir. Amma onlar fəqrli standartlar və qaydalar əsasında işləyirlər. Onların fəaliyyəti ilə bağlı problemlər də bundan qaynaqlanır. Vahid standartlar olduqda onların fəaliyyətinin monitorinq və müstəqil qiymətləndirməsi də asan olacaq.
Bunu nəzərə alaraq “Qaynar xətt” lər üçün vahid standartlar hazırlanması çox önəmli vəzifə kimi qarşıda durur. Bu sahədə vətəndaş cəmiyyəti institutlarının təcrübəsindən də faydlanmaq yararlı olardı. Bir çox QHT-lər uzun müddətdir ki, pulsuz hüquqi yardım, korrupsiya hüquqpozmalrı barədə məlumatların qəbulu və onalrın araşdırılması, istehlakçı hüquqları ilə bağlı “Qaynar xətt” xidməti yaradıblar və bu sahədə çox böyük təcrübə əldə ediblər.
Numunə kimi Ə.Nuriyev Baş Prokurorluğun nəzdində fəaliyyət göstərən “161 – qaynar xətt” əlaqə mərkəzini də qeyd etdi. O bildirdi ki, mərkəzin fəaliyyəti ilə bağlı hər 6 aydan bir ətrafı məlumat açıqlanır. “161 – qaynar xətt” əlaqə mərkəzinin fəaliyyəti və əlçatanlığı vətəndaşlara korrupsiya hüquqpozmaları barədə operativ məlumat vermək, bununla da korrupsiyaya qarşı mübarizədə iştirak etmək imkanı yaradıb. Mərkəzin fəaliyyəti göstərir ki, bu yanaşma özünü doğruldub və vətəndaşlar bu imkanı kifayət qədər yüksək qiymətləndirirlər.

Bu məqalə Azərbaycan Respublikası Prezidentinin yanına QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılığının genişləndirilməsi məqsədilə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində dərc olunub.

Həmçinin oxuyun

“Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik”

Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi “Tamam o zaman” mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq …

Bir cavab yazın