Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Qaxda donmuş şəlalənin möhtəşəm görüntüsü – VİDEO

Qaxda donmuş şəlalənin möhtəşəm görüntüsü – VİDEO

Qaxda analoqu olmayan “Mamırlı şəlalə”nin çox hissəsi havanın şaxtalı keçməsi nəticəsində donub.

Azinforum.az ARB-yə istinadən xəbər verir ki, şəlalədən süzülüb gələn damcıların donması isə təbiətdə gözəl bir mənzərə yaradıb.

Ləkit kəndinin yuxarı hissəsində dağlıq və meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnlərin zövqünü oxşayır. Mamırlı qayalar üzərindən axıb gələn şəlaləni yerli camaat “Damcı şəlalə” də adlandırır. Baxmayaraq ki, şəlaləyə getmək çətinliklə başa gəlir, ancaq, bu gözəl mənzərəni hər il görməyə gələnlərin sayı kifayət qədərdir.
Kənd əhalisinin sözlərinə görə, soyuq keçən qış fəsillərində şəlalə donur. Suyun axınından asılı olaraq donmuş buz parçaları sanki bir əsər yaradır. Şəlaləni görməyə gələn turistlər əsasən yay aylarında bura üz tutur. Qışda isə bu şəlalə yaydakı görünüşündən daha da gözəl olur. Yəqin ki, indidən sonra turistlər qışda da şəlaləyə baxmağa gələcəklər.
Şəlalə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli qərarı ilə Qax təbiət abidəsi adlandırılıb, Dövlət tərəfindən mühafizə olunur.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın