Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Qatarlara elektron bilet satışı ləğv edildi

Qatarlara elektron bilet satışı ləğv edildi

Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.

AzVision.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 374 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilib.

Dəyişikliyə uyğun olaraq, “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib. Bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın